Azəbaycanı Dünya Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi

  • 1 İyul 2024, 17:59

Azərbaycanı Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib.

Sportlife.az xəbər verir ki, yarışda baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə mübarizə aparacaqlar.

Kamil Quliyev isə ölkəmizi hakim qismində təmsil edəcək.

Qeyd edək ki, Dünya Kuboku iyulun 3-dən 5-nə qədər keçiriləcək.


Paylaş: