Daha 2 güləşçimiz qızıl medal uğrunda mübarizə aparacaq
Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycanın daha 2 yunan-Roma güləşçisi final görüşünə çıxacaq.
Sportlife.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə qarşılaşacaq.
67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.