I Liqa klubunda növbəti legioner

  • 5 Fevral 2026, 14:28

Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətinə daha bir legioner futbolçu qatıb.

Sportlife.az xəbər verir ki, Fildişi Sahilindən olan Alassan Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.

Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.


Paylaş: