"Neftçi"nin sabiq futbolçusu I Liqada
“Şahdağ Qusar” qış transfer dönəmində növbəti transferini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, şimal təmsilçisi Arsen Xalilovu heyətinə qatıb.
19 yaşlı futbolçu cari mövsümün sonuna qədər Qusar klubunda çıxış edəcək.
Xalilov daha öncə “Neftçi-2” və “Səbail-2”nin heyətində çıxış edib.