Azər Bağırov: "Premyer Liqadan bəyəndiyimiz oyunçular var”

Azər Bağırov: "Premyer Liqadan bəyəndiyimiz oyunçular var”

  • 4 Aprel 2023, 14:29

“Demək olar ki, Preyer Liqanın bütün oyunlarını izləyirəm. Bəli, bəyəndiyimiz oyunçular var”.

Bu sözləri Sportlife.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Premyer Liqa üçün hələ heç bir futbolçu ilə danışıqlara başlamadıqlarını bildirib:

“Çempionat bitməmiş, bizim Premyer Liqaya çıxmağımız tam rəsmiləşməmiş hansısa futbolçu ilə danışıqlar aparmağımız doğru olmaz. Hər şey AFFA və PFL-in qərarlarından asılıdır. Klubda bütün işlərimiz qaydasındadır. Hazırlıqlarımız Premyer Liqaya yüksəlməkdən ötrü gedir”.


Paylaş: