"Araz Naxçıvan"ın baş məşqçisi: "Çempionluq barədə danışmaq üçün hələ tezdir"

"Araz Naxçıvan"ın baş məşqçisi: "Çempionluq barədə danışmaq üçün hələ tezdir"

  • 30 Mart 2023, 18:00

"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov komandasının Azərbaycan Birinci Divizionunun 22-ci turunda "Turan Tovuz-2" üzərində qazandığı qələbəni (6:5) şərh edib.

42 yaşlı mütəxəssis Sportlife.az-a açıqlamasında bunları deyib:

"Şükürlər olsun ki, bu gün Tovuzda qələbə qazandıq. Bu, ən vacib səfər oyunlarımızdan biri idi. Düşünürəm ki, hələ hər şey qarşıdadır".

Bağırov çempionluq barədə düşünməyin tez olduğunu bildirib:

"Hələ qarşıda 8 tur var. Çempionluq barədə danışmaq üçün hələ tezdir. Oynamaq, mübarizəni davam etdirmək lazımdır".


Paylaş: