EKSKLÜZİV: “İrəvan” "Xəzər Lənkəran"ın sabiq baş məşqçisinə tapşırılır

EKSKLÜZİV: “İrəvan” "Xəzər Lənkəran"ın sabiq baş məşqçisinə tapşırılır 

  • 19 May 2023, 13:30

“İrəvan”ın yeni mövsümdən I Divizionda çıxış edəcəyi barədə məlumat vermişdik.

Artıq Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edən klubun yeni baş məşqçisinin adına da böyük ölçüdə aydınlıq gəlib.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, Klubun İdarə Heyətinin qərarı ilə komanda Elbrus Məmmədova tapşırılacaq.  51 yaşlı mütəxxəsislə danışlar yekunlaşmaq üzrədir və yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

UEFA-nın “PRO” kateqoriyasına sahib olan Elbrus Məmmədov 2015/2016 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.


Paylaş: