Ay yarımlıq Cahangir Fərəcullayev - Artan silsilə ilə fotolar seriyası

  • 20 Mart 2025, 14:27

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin qurumun vitse-prezidenti Sərxan Hacıyevlə birlikdə növbəti fotoları yayılıb - yenə də veteranlara forma verdikləri yerdə...

Veteranlara forma hədiyyə edib şəkil çəkdirmək ənənəsi artıq artan silsilə formatında davam edir. 60, 65, 70 - Artan silsilə veteranlara verilən formalardakı rəqəmlərdə də öz əksini tapır. Davamı gəlsinmi?...

Cahangir bəydən gözlənilən yalnız belə fotolar deyil. Rəhbərlik və idarəetmə fəlsəfəsində də “silsilə”vi nəticələr və uğurlar loading...

Bu fotolar həm də baş katib Cahangir Fərəcullayevin ay yarımlıq fəaliyyətinin təsviridir. Səsi yüksəklərdən gəlsin.

Mirələm HƏSƏNLİ 


Paylaş: