Çerçesov Azərbaycan millisini çalışdıra bilər

  • 2 Aprel 2024, 20:33

Yaxın günlərdə Stanislav Çerçesova Azərbaycan millisinə rəhbərlik etmək üçün rəsmi təklif oluna bilər.

Sportlife.az xəbər verir ki, bu barədə SE saytı məlumat yayıb.

AFFA-nın yeni rəhbərliyi nəhayət ki, millinin baş məşqçisi fiquru ilə bağlı qərar verməlidir. Məlumata görə, Çerçesov bu vəzifəyə əsas namizədlərin başında dayanır.

2016-2021-ci illərdə Stanislav Çerçesov Rusiya millisinə rəhbərlik edirdi. Rusiya seçməsi onun rəhbərliyi altında DÇ-2018-in 1/4 finalına və Avro-2020 turnirinin final mərhələsinə yüksəlib.


Paylaş: