Millinin oyununu irlandiyalı hakimlər briqadası idarə edəcək

  • 8 Oktyabr 2024, 13:17

UEFA Millətlər Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Sportlife.az xəbər verir ki, qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Rob Harviyə yan xətt hakimləri Robert Klark və Ueyn Makdonnell kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rob Hennessi yerinə yetirəcək.

Oktyabrın 11-də Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Paylaş: