"Səbail"in legioneri: "Zamanla bu çətin mərhələni arxada qoyacağımıza inanıram"

  • 3 Aprel 2024, 15:15

“Səbail”in yarımmüdafiəçisi Madi Quetanın Sportlife.az-a müsahibəsini təqdim edirik.

"Turan Tovuz"la matçı necə dəyərləndirirsən?

- Olduqca çətin bir oyundan çıxdığımızı düşünürəm. Hər bir məqam bizim üçün önəmlidir. Tovuz klubu ilə heç-heçə etməyimiz yaxşı məqamlar sırasındadır. Qələbə qazanmaq üçün oyuna çıxmışdıq. Oyunun gedişində üstün tərəf də biz idik, amma heç-heçə bitdi. Təəssüflənmirik, növbəti oyunlara hazırlaşırıq.

6-cı yerdə olsanız da, 2-ci yerlə aranızda cəmi 5 xal fərq var. Bu fərqi bağlayıb, 2-ci pilləyə yüksəlmək nə qədər realdır?

- Hədəfimiz mövsümü üst pillələrdə bitirməkdir. Konkret olaraq hansısa yer barədə nəsə demək istəmirəm. Komanda olaraq bütün qüvvəmizlə çalışırıq, ən yaxşılardan olmaq istəyirik.

Son 3 oyunda qalib gələ bilməməyiniz nə ilə bağlıdır?

- Həmin 3 oyundan öncəki iki qarşılaşmada qələbə qazanmışdıq. Son 3 oyunda da rəqiblərdən üstün oynadığımızı düşünürəm. Amma bu, futboldur, hər bir nəticə qeydə alına bilər. Zamanla bu çətin mərhələni arxada qoyacağımıza inanıram.

Qarşıda çempion "Qarabağ"la oyun var. Həmin matçla bağlı gözləntilər nələrdir?

- “Qarabağ” bu çempionatın ən güclüsüdür. "Qarabağ"la mübarizə aparmaq həqiqətən olduqca çətindir. Çempionatın bitməyinə 2 ay qalmış artıq çempionuluğu qazanmış komandadır. Nə deyim?! Çalışıb, "Qarabağ"la matçda uğurlu nəticə qazanmaq istəyəcəyik. Bizi həftəsonu çətin mübarizə gözləyir.

Qulammirzə Səfərli


Paylaş: