Andrade: "İstəyərdim ki, hər dəfə qol vuranda gurultu səsindən qulağımız batsın, amma..." - MÜSAHİBƏ

Andrade: "İstəyərdim ki, hər dəfə qol vuranda gurultu səsindən qulağımız batsın, amma..." - MÜSAHİBƏ

  • 30 Yanvar 2024, 14:14

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin Sportlife.az saytına müsahibəsini təqdim edirik:

- Mövsümün ikinci hissəsi təzə başlayıb. Amma 2-ci yerlə xeyli xal fərqi var. Bu vəziyyət sizi çempionluğa arxayınlaşdırmır? Ümumiyyətlə rəqabətsizlik motivasiyanın düşməyinə səbəb ola bilər?

Əlbəttə indidən çempionatın qazanıldığını düşünmək böyük yanlış olar. Liqanın bitməsinə çox var. Hər oyun yeni çağırış, fərdi qaydada artırmaq, komanda şəklində daha yaxşı çıxış etmək üçün fürsətdir. Bu amilin bizim motivasiyamıza təsir edəcəyini düşünmürəm. Biz hər oyuna istəkli çıxırıq.

- “Qarabağ”ın oyunlarında soyuq havada stadiona lap az azarkeş gəlir. Bu, sənin, ya da komandanın motivasiyasına təsir edir?

Doğrudur. Təəssüf ki, Azərbaycan çempionatının oyunlarına kifayət qədər azarkeş gəlmir. Biz istəyərdik ki, stadionlar dolu olsun, azarkeş çox olsun. İstəyərdim ki, hər dəfə qol vuranda gurultu səsindən qulağımız batsın, amma indi bu şərtlərlə barışmalıyıq. Özümüz özümüzü həvəsləndirməliyik ki, bu amillər bizim oyunumuza təsir etməsin. Ümid edirəm ki, qarşıdakı oyunlarda azarkeşlərimizin sayı artacaq.

- Çin klubu "Şanxay Şenxua" səninlə maraqlanırdı. Sən özün o kluba keçmək istəyirdin?

Bu barədə şərh vermək istəmirəm. Mənə elə gəlir ki, baş məşqçimiz bununla bağlı jurnalistlərə ətraflı açıqlama verib. Bu barədə danışmaq istəməzdim.

- Kabo-Verde millisinə çağılmamağının səbəbi nə idi? Patrik oynayırdı, amma sən yox...

Milliyə getməməyim mənim şəxsi qərarım idi. Məşqçi ilə danışdım, bildirdim ki, diqqətimizi daha çox “Qarabağ”dakı oyunlara yönəldim. Bizi vacib oyunlar gözləyir. O da qərarımı anlayışla qarşıladı. Bununla belə Kabo-Verdenin uğurlarına sevinirəm. Bütün oyunlarını izlyirəm. Bir azarkeş kimi sevinirəm. Orada “Qarabağ”dakı komanda yoldaşım Patrik Andrade iştirak edir. Onun adına da sevinirəm.

- Yəni Kabo-Verde finala çıxsa belə komandada olmayacaqsan?

Artıq həmin turnirdə iştirak etməyim reqlamentə görə də alınmaz. Əlavə olaraq mənim siyahıya salınmağım da mümkünsüzdür.

- Karyeranın böyük hissəsi Portuqaliyada keçib. Nə vaxtsa Portuqaliya millisində oynamaq arzun olub?

Mən artıq Kabo-Verde millisini təmsil etdiyim üçün bu suala şərh bildirmək istəməzdim.

 

Qulammirzə Səfərli


Paylaş: