
AQF-in vitse-prezideti dünyasını dəyişdi
Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.
Sportlife.az xəbər verir ki, ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
Azərbaycan Qılıncoynatma Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verib və onlara səbr diləyib.