Günay Məmmədzadə “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində mübarizəyə başlayır
Azərbaycan şahmatçısı Günay Məmmədzadə bu gün Çində “The Belt and Road 2023 to World Chess Woman’s Summit” turnirində iştirak edəcək.
Sürətli şahmat üzrə təşkil olunan yarış dairəvi sistemlə keçiriləcək. 7 ölkədən 12 şahmatçının mübarizə aparacağı turnirdə Azərbaycanı milli komandanın lideri Günay Məmmədzadə təmsil edəcək.
Çin yarışında Günay Məmmədzadə ilə yanaşı, Bela Xotenaşvili (Gürcüstan), Antuanetta Stefanova (Bolqarıstan), Bibisara Assaubayeva (Qazaxıstan), Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Qi Quo, Ni Şiqun, Jao Mo, Ninq Kayu, Xiao Yu, Li Xueyi (hamısı Çin) çıxış edəcək.
Turnirin qalibləri yanvarın 8-də məlum olacaq.