Yığmamız Çinə yollanır

  • 16 Yanvar 2026, 16:55

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Sportlife.az xəbər verir ki, millinin üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis yığmasının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.


Paylaş: