"Prezident Kuboku"nda ilk medal

  • Dünən, 14:07

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Çinin Taiyan şəhərində keçirilən "Prezident Kuboku"nda bürünc medal qazanıb.

Sportlife.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

1/8 finalda özbəkistanlı, 1/4 finalda isə monqolustanlı rəqibinə qalib gələn S.Zeynalov yarımfinalda uduzaraq üçüncü yeri tutub.


Paylaş: