Marrey gözlənilməz məğlubiyyətlə üzləşdi

  • 23 Mart 2023, 10:31

Britaniyalı tennisçi, ikiqat olimpiya çempionu Endi Marrey Mayamidə keçirilən "Masters" turnirinin startında serbiyalı Dusan Layoviçə məğlub olub.

Sportlife.az xəbər verir ki, 1 saat 38 dəqiqə davam edən görüş ingiltərəlinin iki setdə 4:6, 5:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Murrey matça gedən aşkar favorit hesab olunurdu.

Növbəti mərhələdə Layoviç amerikalı Maks Kressi ilə qarşılaşacaq.


Paylaş: