Rıbakina "İndian Wells Masters" turnirinin yarımfinalına yüksəldi

  • 17 Mart 2023, 09:57

Uimbldon 2022 çempionu Yelena Rıbakina "İndian Wells Masters"də (ABŞ) keçirilən WTA-1000 kateqoriyalı turnirin yarımfinalına yüksəlib.

Sportlife.az xəbər verir ki, 1/4 finalda dünyanın 10-cu raketkası WTA reytinqində 76-cı yeri tutan çexiyalı Karolina Muçovaya qalib gəlib.

2 saat 48 dəqiqə davam edən görüş 7:6 (7:4), 2:6, 6:4 hesabı ilə Qazaxıstan təmsilçisinin xeyrinə başa çatıb.
Rıbakinanın 1/2 finaldakı rəqibi İqa Şventek - Sorana Kırstya görüşündə müəyyənləşəcək.


Paylaş: