
Rusiyalı tennisçi Mayamidə keçirilən mötəbər turnirin finalına yüksəlib
Rusiyalı tennisçi Varvara Qraçeva Mayamidə keçirilən WTA -1000 mötəbər turnirinin seçmə mərhələsinin finalına yüksəlib.
Sportlife.az xəbər verir ki, turnirin yarımfinalında dünyanın 66-cı raketka ustası Qraçeva WTA reytinqində 131-ci yeri tutan Macarıstan təmsilçisi Yani Reka-Lutsa qalib gəlib.
1 saat 38 dəqiqə davam edən görüş iki setdə rusiyalı tennisçinin 7:6 (7:5), 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Turnirin əsas püşkatma mərasiminə çıxmaq üçün Qraçeva amerikalı Peyton Stearns ilə yarışacaq.