
"Azərreyl" bu gün cavab oyununa çıxır
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.
Sportlife.az xəbər verir ki, komanda 1/16 finalın cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında Bakıda keçirilən görüş "Azərreyl"in qələbəsiylə başa çatıb - 3:1.