"Gəncə" heyətinə 3 legioner qatdı

"Gəncə" heyətinə 3 legioner qatdı

  • 14 Sentyabr 2023, 11:58

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini daha 3 legionerlə gücləndirib.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdə Yüksək Liqada debüt edəcək komanda 3 rusiyalı voleybolçu - Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tyuşeva son olaraq Rusiyanın “Voronej”, Balberova “Derjava”, Qotselyuk isə “Murom” klublarında çıxış ediblər.


Paylaş: