Atletimiz Serbiyada "qızıl" qazandı

  • 15 Fevral 2025, 17:42

Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda Balkan çempionatı keçirilir.

Sportlife.az xəbər verir ki, yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunur. Üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov nüfuzlu yarışda parlaq qələbə ilə yadda qalıb.

Atletimizin göstəricisi 16.30 metr olub. Bu nəticə ilə Məmmədov 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.


Paylaş: