Ramil Quliyevdən rekord

Ramil Quliyevdən rekord

  • 6 İyun 2018, 12:45

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub. 

Sportlife.az  xəbər verir ki, 28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub. 

O, həmçinin Paavo Nurmi Oyunlarının rekorduna sahib olub. 

Qeyd edək ki, Ramil Quliyev iyunun 7-də Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək. 


Paylaş: