Yigmamiza yeni bas mesgci teyin olundu, atletika

Yığmamıza yeni baş məşqçi təyin olundu

  • 10 Dekabr 2017, 14:34

Dekabrın 8-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib.
 
Sportlife.az xəbər verir ki, iclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçi və 2-3 dekabr 2017-ci il tarixlərində keçirilən Azərbaycan Kubokunda fərqlənən idmançı heyəti iştirak edib. Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.
 
İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc mütəxəssislərə şans vermək istəyi ilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib.

Paylaş: