Tərlan Əhmədov: Bu da futbolun bir gözəlliyidir

Tərlan Əhmədov: Bu da futbolun bir gözəlliyidir

  • 14 Dekabr 2017, 23:22

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Zirə” klubu ilə cavab oyunundan sonrakı mətbuat konfransında fikirlərini bildirib. Sportlife.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri (ilk oyun – 0:1) bunları söyləyib:

"İlk növbədə 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Kubok oyunları həmişə belə gərgin keçir. Bu da futbolun bir gözəlliyidir. 2017-ci ili həm qələbə ilə, həm də mərhələ adlayaraq başa vurduq. Bu münasibətlə bütün neftçisevərləri, klub rəhbərliyini, kollektivi, fanatları, futbolçuları təbrik edirəm”.


Paylaş: