"Neftçi"nin şikayəti təmin edilmədi

  • Bu gün, 10:29

"Neftçi" İK-nın futzalçısı Emin Həsənzadə ilə bağlı şikayəti təmin edilməyib.

Sportlife.az xəbər verir ki, bu barədə qərar Apellyasiya Arbitraj Tribunalının son iclasında qəbul olunub.

Belə ki, futzalçının Yüksək Liqanın "Şuşa" ilə oyununda təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
 
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Paylaş: