
AFFA "Şəfa"nın futbolçusunu bağışlamadı
Apellyasiya Arbitraj Tribunalının son iclasında "Şəfa" klubunun futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayətə baxılıb.
Sportlife.az xəbər verir ki, II Liqa təmsilçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsinin “Ümid”lə (Gəncə) oyununda Əmirovanın rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.