Ayxan Abbasov qışdı azı 2 futbolçu almaq istəyir: Məqsədimiz Avropa Liqasına vəsiqədir

Ayxan Abbasov qışdı azı 2 futbolçu almaq istəyir: Məqsədimiz Avropa Liqasına vəsiqədir

  • 5 Dekabr 2017, 11:55

"Zirə"nin gənc çalışdırıcısı Ayxan Abbasov jurnalistləri maraqlandıran suallara cavab verib. Sportlife.az qəsəbə təmsilçilərinin baş məşqçisinin fikirlərini təqdim edir:

- Çempionatın ilk iki dövrəsini "Zirə" üçün necə dəyərləndirərdiz?

- Çətin oyunlar oldu. Ən azı ilk 4-lüyə düşməyi hədəfləyirdik. Düzdü, hələ qarşıda iki çətin dövrə var. Əsas matçlar da qabaqdadı. Şükürlər olsun ki, ən azı 3-cü pillədəyik. Bizim üçün pis nəticə deyil.

- "Zirə" üçün 3-cü pillə qənaətbəxşdi?

- Bu gün Premyer Liqasda medallar uğrunda yarışmaq çox çətindi. Amma bizim ümidlərimiz var. Əsas hədəfimiz Avropa Liqasında mübarizə aparmaqdl. 

- Sizdən sonra 4-cü sırada qərarlaşan "SUmqayıt"la aranızdakı xal fərqi 10-du. Bu "Zirə"də müəyyən qədər arxayınlıq yaratmır?

- Premyer Liqamız elə bir çempionatdı ki, burda arxayınlaşmaq olmaz. Sonuncu pillədə qərarlaşan komanda ilə oyuna çıxanda da görürsən ki, gərgin mübarizə gedir. Düşünürəm ki, 10 xal elə bir fərq deyil. Ona görə də, ikinci dövrənin gərgin keçəcəyini indidən söyləmək olar. 

- Heyətdə görmək istəmədiyiniz, qış fasiləsində yollarınızı ayırmaq istədiyiniz futbolçular var?

- Ola bilsin, belə bir hal baş versin. Heyətdən göndərə biləcəyimiz futbolçu ola bilər. Bu normaldı. Ancaq gərək onların əvəzləyicisini tapasan. Bu da qış fasiləsində asan olmur. Çünki çox futbolçulara şans verdik. Eləsi var özünü doğrultdu, eləsi var yox. Özünü doğrultmayanların əvəzinə futbolçu götürmək istəyərəm.

- Söhbət hansı mövqelərdən gedir?

- Yarımmüdafiə və hücuma daha çox önəm veririk. Ancaq hücum deyərkən, elə bir futbolçu olsun istəyərəm ki, həm yarımmüdafiədə yaxşı çıxış etsin, həm də ön xəttdə. Bu mənada qışda ən azı 2 futbolçu almaq istəyirik. 


Paylaş: