Onlara daha çox vaxt ayırmağa çalışacam - Qəbələnin fransalı hücumçusu

Onlara daha çox vaxt ayırmağa çalışacam - Qəbələnin fransalı hücumçusu

  • 20 Noyabr 2017, 11:19

“Qəbələ”nin fransalı hücumçusu Stiven Monroz Premyer Liqanın 12-ci  turunda “Neftçi”yə 3:2 hesabı ilə qalib gəldikləri səfər matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 

Sportlife.az xəbər verir ki, 27 yaşlı forvard əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Çox yaxşı oyun keçirdik. “Neftçi” güclü komandadı. Oyunun əvvəlində rəqib daha yaxşı təsir bağışlayırdı. Amma irəliləyən dəqiqələrdə oyunun axarını dəyişə bildik. Nəticədə qələbə qazandıq. İnanıram ki, bundan sonra əsas heyətdə daha çox oynayacam.

- Uzun müddətdi zədəli olduğun üçün əsas heyətdən kənarda qalmısan. Hazırda özünü necə hiss edirsən?
- Qəbələdə “Səbail”ə qalib gəldiyimiz oyunda ayağımda ağrılar hiss etdim. Amma fasilə zədəmi sağaltmaq baxımından mənə çox kömək oldu. Daha çox işləməyə başladım. İndi özümü yaxşı hiss edirəm. Məşqlərdə əlimdən gələni edirəm ki, start heyətdə yer alım.

- Oyunda son nöqtəni qoydun və komandana qələbə qazandırdın. Vurduğun qol da kifayət qədər baxımlı alındı...
- Rəqibin iki oyunçusu arxamca qaçırdı. Qarşımda isə bir müdafiəçi var idi. Onu da keçəndən sonra qol vurdum. Son dəqiqələrdə vurmağım və komandama qələbə qazandırmağım qolu daha da gözəlləşdirdi.

- 2 oyundan sonra çempionatda uzun fasilə yaranacaq. Fasilədə nə etməyi düşünürsən?
- Fasilədə ailəmlə görüşəcəm. Darıxmışam. Onlara daha çox vaxt ayırmağa çalışacam.


Paylaş: