Ölkə çempionatının ilk günündə 33 döyüş

Ölkə çempionatının ilk günündə 33 döyüş

  • 27 Yanvar 2018, 00:17

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib. Sportlife.az xəbər verir ki, 39 komandanın 200-dən artıq idmançısının qatıldığı yarışın ilk günündə 33 döyüş baş tutub.

Belə ki, 60 kq, 64 kq və 75 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və 1/8 finala vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığmamızın aparıcı üzvlərindən dünya çempionu Cavid Çələbiyev və Yeniyetmələrin Yay Olimpiya Oyunlarının finalçısı Elvin İsayev mərhələ adlamaqda çətinlik çəkməyiblər.

Qeyd edək ki, boksçuların sayının çox olması səbəbindən yarışın təqvimində dəyişiklik edilib. Çempionat 5 gün deyil, 6 gün olacaq. Bu səbəbdən də finallar yanvarın 31-də olacaq.

Yarışda ikinci günün döyüşləri saat 13:00-da başlanacaq.

Azərbaycan çempionatı
I günün nəticələri

60 kq
Sərxan Əliyev (“Qəbələ” İK) – Ramil Qasımzadə (“Gömrükçü” İK) – ikinci döyüşə gəlməyib
Polad Hüseynov (Səbail İK) – Namiq Abbasov (“Gömrükçü” İK) – 5:0
Sərxan Qurbanzadə (“Neftçi” İK) – Şəmistan İmanov (“Qızıl Əlcək” İK) – 5:0
Kamran Talıbov (“Gilan” İK) – Sayad Lalayev (MOİK) – birinci döyüşü davam etdirməkdən imtina edib
İbrahim Cabirzadə (“Qızıl Əlcək” İK) – Cəbi İsayev (Naxçıvan) – birinci tam üstünlüklə qələbə qazanıb
Coşqun Həsənov (Sabirabad) – Vüsal Verdiyev (“Qəbələ” İK) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Süleyman Süleymanlı (Masallı) – Rafiq Cəfərov (“Xəzər” İK) – 5:0
Arzuman Tağıyev (Naxçıvan) – Elvin Qarayev (DİN) – ikinci döyüşə gəlməyib
Araz Ömərov (“Kür” İK) – Həsən Qasımov (DİN) – 0:5
Elvin Ələkbərov (Hacıqabul) – Seymur İsayev (“Gilan” İK) – 0:5
Kənan Kazımov (“Lokomotiv” İK) – Elməddin Şirəli (Astara) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Saleh Məmmədov (MOİK) – Cavid Çələbiyev (“Qəbələ” İK) – 0:5

64 kq
İman Əhmədli (“Orion” İK) – Elman Cəfərov (“Neftçi” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Zabex Şomiyev (Masallı) – Elşən Məmmədov (Z-1 İK) – 5:0
Mirasif Hadızadə (Astara) – Xəyal Əliyev – birinci tam üstünlüklə qələbə qazanıb
Pərviz Quliyev (“Rabitə” İK) – Elnur Əliyev (DİN) – 1:4
Elvin Məmmədov (DİN) – Xanbala Qurbanov (“Gilan” İK) – 1:4
Ayxan Tağıyev (MOİK) – Fərid Ağamoğlanov (“Qəbələ” İK) – 0:5
Ramiq Allahverdiyev (“Qızıl Əlcək” İK) – Hüseyn Cavadov (“Kür” İK) – 3:2
Mehdi Mehdiyev (“Gömrükçü” İK) – Malik Həsənov (“Gilan” İK) – 0:5
Bəxtiyar Qazıbəyov (“Rabitə” İK) – Valeh Ramazanov (“Qəbələ” İK) – 5:0
Əli Sadıqov (Tovuz) – Rəsul Əsgərov (“Zenit” İK) – ikinci tam üstünlüklə qələbə qazanıb
Yusif Məhərrəmov (Sumqayıt) – Sənan Əhmədov (“Sədərək” İK) – birinci döyüşü davam etdirməkdən imtina edib
Nəriman Fərimanov (Qusar) – Elməddin İsmayılov (“Rabitə” İK) – birinci döyüşə gəlməyib
Elvin Abbasov (Mingəçevir) – Mağdi Nəsrulla (“Qəbələ” İK) – 4:1
Emil Əliyev (“Qəbələ” İK) – Müşfiq Eyvazov (Siyəzən) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Fikrət Qasımov (“Gömrükçü” İK) – Tural Abbasov (“Gömrükçü” İK) – ikinci tam üstünlüklə qələbə qazanıb
Şəhriyar Əliyev (Ağdam) – Elvin İsayev (“Gilan” İK) – ikinci tam üstünlüklə qələbə qazanıb

75 kq
Hidayət Musayev (“Kür” İK) – Elvin Səfərov (“Rabitə” İK) – 5:0
Şahin Musayev (“Neftçi” İK) – Abdulla Abdullayev (“Gömrükçü” İK) – 5:0
Məhəmməd Ömərov (Balakən) – Elvin Məhərrəmov (“Qəbələ” İK) – 4:1
Elvin Axundzadə (DİN) – Eşqin Nuriyev (Gəncə) – ikinci döyüşü davam etdirməkdən imtina edib
Vüqar Məhərrəmov (Naxçıvan) – Elvin Qənbərov (MOİK) – ikinci tam üstünlüklə qələbə qazanıb


Paylaş: