Azerbaycanda ilk defe - Qarabagin oyununda goreceksiz!, Tofiq Behramov adina Respublika stadionunda Goal line adlanan texnoloji sistem qurasdirilacaq

Azərbaycanda ilk dəfə - Qarabağın oyununda görəcəksiz!

  • 8 Avqust 2017, 14:00

Azərbaycanda ilk dəfə olaraq, UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda  “Goal line” adlanan texnoloji sistem quraşdırılacaq.

Sportlife.az xəbər verir ki, topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən  sistem “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda  tətbiq olunacaq. 

Bu haqda “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. 

Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq. (Qol.az)


Paylaş: