Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olundu

Azərbaycanlı məşqçi Yaponiyada diplomla təltif olundu

  • 29 Mart 2019, 20:03

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.

Sportlife.az xəbər verir ki, seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu verilib.

R. Şahverdiyevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamaşita Yasuhiro təqdim edib.

Təmsilçimiz öz növbəsində mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib:

Rafael Şahverdiyev deyib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.


Paylaş: