Bakıda keçiriləcək DÇ-nin vaxtı bəlli oldu

Bakıda keçiriləcək DÇ-nin vaxtı bəlli oldu

  • 12 Dekabr 2017, 12:39

2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı müəyyənləşib. Sportlife.az xəbər verir ki, növbəti DÇ sentyabrın 20-də başlayacaq.

Bu yarış paytaxtımızda ilk dəfə keçiriləcək və 8 gün davam edəcək. Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.

Dünya çempionatına Bakının ev sahibliyi etməsi “Böyük dəbilqə” turnirinin başqa şəhərə verilməsinə səbəb olub. Sözügedən turnir Almaniyanın Düsseldorf şəhərinə həvalə edilib. Amma bir müddət əvvəl turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi bildirilmişdi.


Paylaş: