İdman tarixinin ƏN BÖYÜK 10 SKANDALI

İdman tarixinin ƏN BÖYÜK 10 SKANDALI

  • 25 Noyabr 2017, 03:01

1.Marafonda metrodan istifadə etmək

1980-ci ildə kubalı atlet Rosie Ruiz Boston Marafonunun qalibi olmuşdu. Ancaq hər şey Ruiz’in marafona sadəcə 1 mil qalmış qoşulması və bunun sayəsində qızıl medal alması ilə bağlı iddianın ortaya çıxamasıyla dəyişdi. Boston Marafonundan əvvəl New York Marafonunda da birinci olan kubalı atletin metrodan istifadə edərək, marafona az qalmış yarışa qoşulduğu bəlli olmuşdu.

  1. Tanrının əli

Argentinanın əfsanəvi ulduzu Diego Maradona 1986-cı ildə keçirilən Dünya Çempionatında 1/4 finalında İngiltərəyə əliylə qol vurmuşdu. Maradona oyundan sonra verdiyi açıqlamada həmin qolda “Tanrının əli”nin olduğunu demişdi.

  1. Qulağını dişləyərək qopardı.

Boks tarixinin qeyri-adi hadisələrindən biri də Mike Tyson ilə Evander Holyfield arasında baş verib. 1997-cı ildə baş tutan oyunun sonuna yaxın Mike Tyson rəqibinin qulağını dişləyərək, qoparmışdı.

  1. Fiziki məhdudiyyətli insanların yarışlarında iştirak edən sağlam insanlar

2000-ci ildə keçirilən Paralimpiya yarışlarında İspaniyanın qalibiyyət sevinci uzun davam etməmişdi. 12 nəfərdən ibarət paralimpiya heyətdə iki nəfər heç bir fiziki çatışmazlığı yox imiş.

  1. Yeddi illik rüşvət

2002-ci ildə Qış Olimpiyadalarına ev sahibliyi edən ABŞ’ın Salt Lake şəhər rəhbərliyi Beynəlxalq Olimpiada Komitəsi üzvlərinə 1995-ci ildə rüşvət verərək, bu yarışın öz şəhərlərində keçirilməsinə nail olmuşdular. İOC bu skandaldan sonra 10 nəfəri işdən çıxarmaq məcburiyyətində qalmışdı.

 

  1. İtaliyada korrupsiya skandalı

2006-cı ildə İtaliyada bir çox böyük komandanın adı korrupsiyaya qarışmışdı. Bu hadisənin ortaya çıxması isə böyük bir təsadüf nəticəsində olmuşdu. İtaliya polisi mafiya ilə bağlı araşdırma etdikdə, telefon dinləmələrində futbol hakimləri ilə bağlı şübhəli danışıqlara rast gəlmişdi. Bu skandalda adı hallanan futbol komandalarına böyük cəzalar kəsilmişdi.

 Juventus Serie B’yə göndərildi və növbəti sezona -9 xalla başladı. Bundan əlavə, son iki sezonun çempionluq titulları da əlindən alındı.

 Milan növbəti sezona -8 ilə başlamışdı.

 Fiorentina sezona -15 ilə başladı və UEFA kuboklarından bir sezon uzaqlaşdırma cəzası aldı.

 Lazio isə -3 ilə başlayıb, UEFA kuboklarından bir sezon uzaqlaşdırma cəzası aldı.

 

  1. Tarixin ən böyük velosipedçisinin dopinq skandalı

Velosiped idmanın ən önəmli yarışı hesab edilən Tour de France’ın 1999-2005-ci illər arasında ard-arda 7 dəfə qalibi olan Lance Armstrong’un karyerasını dopinq skandalı bitirmişdi. 2012-ci ildə ABŞ Anti-Dopinq Komitəsi tərəfindən ömürboyu idmandan uzaqlaşdırılma və bütün laureatlarını əlindən alınmasıyla cəzalandırıldı.

  1. Öz sevgilisini oğru zənn edərək öldürmüşdü

CAR-lı atlet Pistorius sevgilisi Reeva Steenkampı 14 fevral, 2013-cü ildə öldürmüşdü. O, güllələyərək öldürdüyü sevgilisini oğru zənn etdiyini və qəsdən etmədiyini demişdi. Məhkəmə tərəfindən 6 illik həbs cəzasının 10 ayını həbsdə qaldıqdan sonra, ev dustaqlığına buraxılmışdı.

  1. FIFA skandalı

FİFA yüksək vəzifəli rəhbərləri rüşvət aldıqları və çirkli pul “təmiz”lədiklərinə görə ötən ilin 27 mayında Zürih’də həbs olunmuşdu. 1998-ci ildən bəri FİFA prezidenti olan Sepp Blatter sonuncu dəfə təkrar seçiləndə sərt reaksiyayla qarşılaşmışdı. Son olaraq, Michael Platini və Sepp Blatter 8 il idman işlərindən uzaqlaşdırma cəzası almışdı.

  1. Tennisdə skandal

BBC və Buzzfeed’in yanvarın 18-i yayımladığı xəbərə görə, son 10 ildə dünya sıralamasında top 50’də yer alan 16 idmançının oyun alqı-satqısıyla məşğul olduğu iddia edildi.


Paylaş: