
Abanq "Zirə"yə keçir - ÖZƏL
Dekabr ayında "Keşlə" ilə müqaviləsi başa çatacaq Anatole Abanq azad agent kimi "Zirə"yə transfer olunacaq.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, kamerunlu futbolçu "qartallar"la bütün şərtlərdə razılığa gəlib. Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.
"Keşlə"də ayına 10 min dollar qazanan afrikalı forvardın "Zirə"dəki aylıq gəliri 12 min dollar olacaq.