Abidal Pep Gvardiola ile mubahisesinden danisdi, Barcelona

Abidal Pep Qvardiola ilə mübahisəsindən danışdı

  • 25 Noyabr 2017, 10:00

Fransız veteran futbolçu Erik Abidal "Barselona"dakı günlərindən danışıb. Sportlife.az xəbər verir ki, 38 yaşlı veteran ulduz Pep Qvardiola ilə arasındakı bir mübahisədən bəhs edib.
 
Fransanın "Europe 1" radio stansiyasına qonaq olan Abidal, komandanın ABŞ təlim-məşq toplanışı zamanı baş məşqçi Qvardiolanın ondan Anri ilə fransızca danışmağı dayandırmağını istədiyini bildirib. Qvardiolaya cavabı isə, "Mənlə uşaq kimi davranma. Əgər Anri ilə fransızca danışa bilməyəcəyəmsə niyə katalonlar öz aralarında katalon dilində danışır?" - olub. Söhbətin davamında cütlük arasında gərginlik daha da artıb və Abidal bunu açıqlamaq üçün klubun prezidentindən icazə almalı olduğunu deyib.
 
Abidal bununla belə Pep Qvardiolaya olan hörmətini itirmədiyini və çox yüksək səviyyəli insan olduğunu, hər gün ondan yeni bir şey öyrəndiyini dilə gətirib.

Paylaş: