"Barselona"da ciddi itki

  • 30 Yanvar 2024, 21:36

Joao Feliks zədə səbəbindən təxminən 1 ay meydana çıxa bilməyəcək.

Sportlife.az "Diario Sport"a istinadla xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi məşq zamanı topuğundan zədə alıb. 

Feliks bu zədə səbəbindən təxminən 4 həftə meydana çıxa bilməyəcək. Belə ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə bilməyəcək.


Paylaş: