Derbiden sonra galmagal: Mikel Artetanin gasi yarildi, Mourinho islandi, Manchester city

Derbidən sonra qalmaqal: Mikel Artetanın qaşı yarıldı, Mourinyo islandı

  • 11 Dekabr 2017, 22:34

Dünən "Mançester Siti"nin qələbəsi (2:1) ilə yekunlaşan Mançester derbisindən sonra gərgin anlar yaşanıb. Sportlife.az xəbər verir ki, iki komandanın üzvləri əlbəyaxa olub.
 
Bu barədə "Goal.com" məlumat yayıb. İddiaya görə matçdan sonra Mourinyo mətbuat konfransına yollanarkən rəqib komandanın soyunub-geyinmə otağına daxil olub və yüksək səslə musiqi dinləyib qələbəni qeyd edən futbolçulara portuqaliya dilində daha səssiz olmaları üçün xəbərdarlıq edib. Bu zaman "şəhərlilər"in qapıçısı Ederson Mourinyoya sərt reaksiya verib.
 
Bundan sonra hər iki tərəfin futbolçuları və məşqçilər heyətindən insanların da qarışdığı bir əlbəyaxa vəziyyəti yaranıb. Nəticədə "Mançester Siti"nin məşqçisi Mikel Artetanın qapı pastlayıb. Bir-birlərinə atılan su şüşələri isə Joze Mourinyonun islanmasına səbəb olub.

Paylaş: