Galatasarayda İgor Tudor bu müshur mutexessisle evezlene biler, Fransa

Qalatasarayda İqor Tudor bu məşhur mütəxəssislə əvəzlənə bilər

  • 23 Noyabr 2017, 22:34

Mövsümə yaxşı transferlərlə, uğurlu start verən verən, buna baxmayaraq hələ də vacib və böyük qarşılaşmalarda problemlərlə üzləşən "Qalatasaray"da baş məşqçi İqor Tudor vəzifəsindən azad edilə bilər.
 
Sportlife.az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb. Yayımlanan xəbərdə rəhbərliyin Tudora "Antalyaspor" və "Beşiktaş" matçları üçün iki oyunluq vaxt verdiyi yazılıb. Bununla yanaşı ayrılıq yaşanacağı halda bu vəzifə üçün düşünülən alternativ də qeyd olunub. Komandada fransızca danışan futbolçuların çoxluğu nəzərə alınaraq Loran Blanın bu posta gətiriləcəyi bildirilib.
 
Xatırladaq ki, daha əvvəl Fransa millisi və PSJ-ni çalışdıran 52 yaşlı fransız mütəxəssis 3 liqa çempionluğu, 3 liqa kuboku, 2 Fransa kuboku və 2 Fransa Superkuboku qazanıb.

Paylaş: