Tyerri Anri: Zidanin govulma..., Madrid

Tyerri Anri: Zidanın qovulma...

  • 25 Dekabr 2017, 23:33

"El Klassiko"da "Barselona"ya böyük hesablı məğlubiyyətdən sonra Madrid "Real"ının baş məşqçisi Zidan tənqidlərin hədəfinə çevrilib. Sportlife.az xəbər verir ki, mətbuatda 45 yaşlı fransız mütəxəssisin qovulacağı barədə iddialar bir-birini əvəz edib.
 
Zidanın həmyerlisi, əfsanəvi veteran futbolçu Tyerri Anri də yayılan söz-söhbətlərə münasibət bildirib. Anri, bunları gülünc adlandırıb: "Zidanın qovulma söz-söhbətlərindən danışmaq mənə gülməli gəlir. Komandanın performansı enərsə işinizi itirərsiz. Ancaq Zidan "Real"la birliklə inanılmaz işlərə imza atdı".
 
Xatırladaq ki, 2016-cı ilin yanvarında "kral klubu"nun sükanı arxasına keçən Zidan, 2 Çempionlar Liqası, 2 Klublar Dünya Kuboku, 2 UEFA Super Kuboku, bir liqa və bir də İspaniya Superkubokunu qazanıb.

Paylaş: