Yuventus ardicil altinci defe İtaliya cempionu adini qazandi, juve, juventus, juventus new logo

Yuventus ardıcıl altıncı dəfə İtaliya çempionu adını qazandı

  • 21 May 2017, 20:21

Yuventus klubu ardıcıl altıncı dəfə İtaliya A seriyasının qalibi olub.
 
Sportlife.az xəbər verir ki, Turin təmsilçisi çempionluğunu Krotone üzərində 3:0 hesabı ilə qələbə qazanmaqla rəsmiləşdirib.
 
Yuventusun qollarını Mancukiç, Dibala və Aleks Sandro vurub.
 
Massimiliano Alleqrinin rəhbərlik etdiyi komanda bu çempionluqla 1931-1935-ci illər dövründə müəyyən etdikləri rekordu təzələyiblər. "Qoca Sinyora" həmin vaxt beş dəfə ard-arda çempion titulunu qazanmağa nail olmuşdu.
 
Yuventus – Krotone - 3:0
 
Qollar: Mancukiç, 12, Dibala, 39, Sandro, 83

Paylaş: