Kəpəz 3 futbolçunun keçidini rəsmən açıqladı

Kəpəz 3 futbolçunun keçidini rəsmən açıqladı

  • 16 Yanvar 2018, 18:42

Transfer çalışmalarını davam etdirən “Kəpəz” üç futbolçunun keçidini rəsmən açıqlayıb. Sportlife.az xəbər verir ki, Gəncə klubu bir yerli və iki əcnəbi oyunçu ilə güclənib.

Sözügedən klub ukraynalı qapıçı Sergey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıb.

Litovçenko ilə mövsümün sonunadək, Manjqaladze və Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.


Paylaş: