Rusiya Premyer Liqa temsilcisinden Kamran Agayeve teklif,

Rusiya Premyer Liqa təmsilçisindən Kamran Ağayevə təklif

  • 27 May 2017, 17:30

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər. Sportlife.az-ın məlumatına görə, klubsuz qalan qolkiper "Amkar"ın maraq dairəsinə düşüb.
 
Avstriyada yığmanın düşərgəsində hazırlıq keçən Ağayevi Perm təmsilçisinin skautları artıq izləyiblər. Bu transferin baş tutma ehtimalının böyük olduğu bildirilir.
 
2016-2017 mövsümünü 35 xalla 10-cu pillədə başa vuran "Amkar"ın baş məşqçisi Hacı Hacıyevdi. 1983 - 1985-ci illərdə "Neftçi"də çalışan H.Hacıyev "Anji"nin sükanı arxasında olduğu vaxt AFFA Məşqçilər Komitəsinə rəhbərlik edən Vaqif Sadıqovla birlikdə işləyib. Sadıqov dağıstanlı mütəxəssisin köməkçisi olub.
 
Qeyd edək ki, Kamran Ağayev "Boavişta" ilə müqaviləsini aprelin 17-də pozub. (report.az).

Paylaş: