Elxan Məmmədov baiskarı olduğu biabrçılığı belə izlədi, telefon əlindən düşmədi

Elxan Məmmədov baiskarı olduğu biabrçılığı belə izlədi, telefon əlindən düşmədi

  • 12 Noyabr 2017, 16:15

U-21 Yığmamızın Almaniya millisinə 7:0 hesabı ilə məğlub olduğu matçı AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasına yenicə baş məşqçi təyin olunmuş Qurban Qurbanovla birgə izləmək üçün gəlmişdi.

Sportlife.az xəbər verir ki, baş katib yalnız oyunun ilk 15 dəqiqəsinə qədər Qurbanovla yanaşı otura bilib. Hesabın getdikcə böyüdüyünü görən futbolumuza nəzarət edən şəxs 2-ci qoldan sonra bir kənara çəkilərək baiskarı olduğu biabrçılığa şahidlik edib.

Oyun ərzində mobil telefon Məmmədovun əlindən düşməyib. O, gah telefonu qurcalayıb, gah da kimlərləsə telefon əlaqəsi yaradaraq keçirdiyi narahatlıq hissini gizlətməyə çalışıb. Bütün bunlar Sportlife.az-ın kamerasından yayınmayıb.

 


Paylaş: