Qurban Qurbanov bu tarixdə yığmanı bir araya gətirəcək!

Qurban Qurbanov bu tarixdə yığmanı bir araya gətirəcək!

  • 12 Noyabr 2017, 18:08

Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, yığma komanda Premyer Liqanın dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.

Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.

Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər. (Sport24.az)


Paylaş: