Yığmamız bu komandalarla eyni qrupda yarışacaq

Yığmamız bu komandalarla eyni qrupda yarışacaq

  • 5 Dekabr 2017, 13:55

Qadın voleybolçular arasında Avropa Liqası yarışlarının püşkü atılıb. Sportlife.az xəbər verir ki,  12 ölkə millisinin mübarizə aparacağı yarışda komandalar 3 qrupda qüvvələrini sınayacaqlar.

Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna ilə bir qrupda çıxış edəcək. Oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri 2016-cı ildə analoji yarışın qalibi olduqdan sonra axırıncı turnirə qatılmayıblar. 


Paylaş: