Dünya Kubokunda iki idmançımız iştirak edəcək

  • 30 May 2024, 19:16

Almaniyanın Münxen şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.

Sportlife.az xəbər verir ki. yarışda Azərbaycanı Nigar Nəsirova və Ruslan Lunyov təmsil edəcək.

Turnir mayın 31-dən iyunun 8-dək davam edəcək.

Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinqi xalını qazanmaq üçün son beynəlxalq turnirdir. 9 iyun tarixinədək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyaları müəyyənləşəcək.


Paylaş: