"Ayaks"ın futbolun böyüməsində çox payı olub" - Qurban Qurbanov

  • Bu gün, 13:54

"Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasındakı "Ayaks"la  oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Paylaş: