Yankoviç: "İstənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik"

  • Bu gün, 14:19

"Qarabağ" sabah Avropa Liqasının III turunda "Ayaks"la qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç görüşdən öncə keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib:

"Futbolun gözəlliyi ondadır ki, hər hansı bir nəticə qeydə alına bilər. Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik. Sabah qalib gələ və ya məğlub da ola bilərik".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Paylaş: