Kuçun cəzası bəlli oldu

  • Bu gün, 15:11

“Neftçi”nin futbolçusu Edvin Kuçun cəzası bəlli olub.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib. 

31 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 10-cu turunda “Səbail” oyunun 81-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edib. Çernoqoriyalı futbolçu birbaşa qırmızı vərəqə alıb.

Buna görə də Kuç 1 oyunluq cəzalanıb.

Onun bu hərəkətinə görə klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən oyunda "Neftçi" "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub. 


Paylaş: